Gələn ildən ölkədə İcbari Tibbi Sığortaya keçiləcək - Ən Son Xəbər

Gələn ildən ölkədə İcbari Tibbi Sığortaya keçiləcək

Bu ildən Ağdaşda da İcbari Tibbi Sığorta sistemi pilot layihə şəklində tətbiq ediləcək. Gələn ildən etibarən isə bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək.

13 Fevral 2018 20:22

​Ensonxeber.az xebertv.az-a istinadən   xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, İcbari Tibbi Sığorta ilə bağlı Yevlax və Mingəçevirdə həyata keçirilən pilot layihə özünü doğruldub. Bu ildən etibarən Ağdaşda da bu sistemin pilot şəkildə tətbiqinə başlanılacaq.

Əli Əhmədov qeyd edib ki, bəzi çətinliklər və ölkənin səhiyyə sistemində yeni proses olduğu nəzərə alınaraq, İcbari Tibbi Sığortanın tətbiqi mərhələlərlə həyata keçiriləcək.

2019-cu ildə İcbari Tibbi Sığorta sisteminin ölkə üzrə 600-dən çox xəstəxanada həyata keçirilməsi nəzərdə tutulub.

Ensonxeber.az

Xəbər lenti

Bütün xəbərlər