19 Fevral 2018 Bazar ertəsi

AMEA Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub.

2018-02-14 19:11

AMEA Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mükafatının sahibləri məlum olub.
Ensonxeber.az APA.a istinadən verdiyi xəbərinə görə, akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirilib ki, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətlə bağlı müsabiqə təşkil edilib. Müsabiqəyə ayrı-ayrı şəxslər və kollektivlər tərəfindən 22 iş təqdim edilib.
Rəyasət Heyətinin qərarına əsasən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və həmin institutun Elmi texniki informasiya şöbəsinin müdiri, professor Ramiz Aslanov mükafata layiq görülüblər.

Ensonxeber.az 

 


 

Xəbər lenti

Bütün xəbərlər