19 Fevral 2018 Bazar ertəsi

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” hazırlanacaq

Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi və digər aidiyyəti olanlarla dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

2018-02-14 19:17

Ensonxeber.az APA.a istinadən verdiyi xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2018-ci il 8 fevral tarixli sərəncamında əksini tapıb.Bundan əlavə, Dövlət İmtahan Mərkəzi Ədliyyə NazirliyiMaliyyə NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın layihəsini beş ay müddətində hazırlamalı və Nazirlər Kabinetinə təqdim etməlidir. Strategiya dövlət qulluğunda institusional islahatları, dövlət qulluğunda kadr siyasətini, dövlət qulluğunda rotasiyanı, dövlət qulluqçularının peşəkarlığının və səmərəliliyinin artırılması məqsədilə dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqini, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsini, dövlət qulluğunun informasiya təminatı, o cümlədən elektron dövlət qulluğunun inkişaf etdirilməsini, dövlət qulluqçularının stimullaşdırılması məqsədi ilə mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılmasını nəzərdə tutur.

Ensonxeber.az

Xəbər lenti

Bütün xəbərlər