Türkiyədə Azərbaycan film həftəsi keçirilə bilər

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

15 Fevral 2018 00:34

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Görüş zamanı, həmçinin bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olunub. Eyni zamanda, bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb. (trend.az)

Xəbər lenti

Bütün xəbərlər