Bu il TANAP kəməri ilə 2 mlrd. kubmetr qaz nəql ediləcək


"Trans-Anadolu (TANAP) qaz boru kəməri ilə ilk qaz iyunun 30-da göndəriləcək".

16 Fevral 2018 15:57

Bu il TANAP kəməri ilə 2 mlrd. kubmetr qaz nəql ediləcək

"Trans-Anadolu (TANAP) qaz boru kəməri ilə ilk qaz iyunun 30-da göndəriləcək".

Ensonxeber.az apa.az-a istinadən verdiyi məlumata görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il boru kəməri ilə 2 mlrd. kubmetr qaz göndəriləcək: “Növbəti illərdə isə nəql olunan qazın həcmi artırılacaq: "Şahdəniz-2” platformasından hasilat isə bu ilin ikinci yarısında başlanılacaq. Məhz bundan sonra bu qaz da TANAP-a qoşulacaq”.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər