"Messini dayandırmaq çox çətin olacaq" - Pedro


Hazırda yaxşı formadayıq. "Barselona" ilə oyunöncəsi komandada özünəinam var

18 Fevral 2018 01:02

"Messini dayandırmaq çox çətin olacaq" - Pedro

<"Hazırda yaxşı formadayıq. "Barselona" ilə oyunöncəsi komandada özünəinam var. Əvvəlki formamıza qayıtmağımız bizim üçün yaxşı haldır. 2 əla oyun keçirmişik. "Barselona" ilə matça bu cür hazırlaşmağa davam etməliyik".


"Mənim üçün xüsusi oyundur. Uzun illər birlikdə oynadığım köhnə dostlarımı görmək xoş olacaq. Messi elə həminki Messidir. Onun haqda nə deyə bilərəm? Artıq hər şeyi danışmışam. Leo dünyanın ən yaxşısıdır. İstənilən halda komandası üçün vacib oyunçudur. Messini dayandırmaq çox çətin olacaq".

Qeyd edək ki, "Çelsi" – "Barselona" oyunu fevralın 20-də keçiriləcək.(qol.az)


 

Xəbər lenti

Bütün xəbərlər