Nazir: "Kənd təsərrüfatı idarələri ipəkçiliklə bağlı məsələlərə ciddi nəzarət etməlidir"


Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.

18 Fevral 2018 20:03

Nazir: "Kənd təsərrüfatı idarələri ipəkçiliklə bağlı məsələlərə ciddi nəzarət etməlidir"

"İpəkçilik sahəsində mütəxəssis yox səviyyəsindədir".

Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.

Bundan başqa, yerli mütəxəssislərin təcrübə çatışmazlığına toxunan Ə.Fətəliyev mütəxəssislərin xaricə göndərilməsinin vacibliyini vurğulayıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov isə mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlarını verib. Belə ki, nazir inkubasiya yerlərinin tikintisi və yenidən qurulması üçün maliyyə vəsaiti ayrılması, yerli mütəxəssislərin Çinə təcrübəyə göndərilməsi ilə bağlı tapşırıq verib.

"Bu yaxınlarda Çindən ipəkçiliklə bağlı avadanlıqlar alınacaq, həmçinin çinli mütəxəssislər Azərbaycana gələrək burada təlim keçəcəklər. İpəkçiliklə bağlı məsələlərə kənd təsərrüfatı idarələri ciddi nəzarət etməlidir. Bu il 400 ton barama, 11 min qutu barama gətirilməsi üçün müqavilə imzalanıb. Həmçinin ölkəyə 3 mln. ting gətiriləcək. Kimin tanıdığı savadlı mütəxəssislər varsa, adlarını bizə versinlər. Mən onları xaricə təlimlərə, təcrübə keçməyə göndərəcəyəm", - deyə nazir əlavə edib.

Ensonxeber.az

 


 

Xəbər lenti

Bütün xəbərlər