Türkiyə Ordusu Suriyada terrorçulara qan uddurur: 1641-i məhv edilib


Türkiyə Ordusu Suriyada terrorçulara qan uddurur: 1641-i məhv edilib

19 Fevral 2018 16:08

Türkiyə Ordusu Suriyada terrorçulara qan uddurur: 1641-i məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib.

 

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri terrorçuların 15 obyektinə, o cümlədən, silah anbarına və döyüşçülərin sığınacağına zərbələr endirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Trend


 

Xəbər lenti

Bütün xəbərlər