İstanbulda Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilib


İstanbulda Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilib

21 Fevral 2018 10:14

İstanbulda Xocalı faciəsinə həsr olunmuş sərgi keçirilib

İstanbulda Yıldız Texniki universitetində Xocalı faciəsinə həsr olunmuş “Xocalıya Ədalət” adlı foto sərgi keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-i xəbər verir.

“Xocalıya Ədalət” adlı foto sərgi Azərbaycanın İstanbul Baş Konsulluğu tərəfindən keçirilib.

 

Sərgidə faciəni əks etdirən fotoşəkillərin nümayişi ilə yanaşı, iştirakçılara faciə haqqında geniş məlumat verilib.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

Trend


 

Xəbər lenti

Bütün xəbərlər