Təlim vaxtı ərazinin kəşfi aparılıb - Ən Son Xəbər

Təlim vaxtı ərazinin kəşfi aparılıb


Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

14 Mart 2018 00:00

Təlim vaxtı ərazinin kəşfi aparılıb

Ensonxeber.az MN-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

Birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxlərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər