Qırğızıstan Parlamenti hökumətə etimad etmədiyini elan etdi - Ən Son Xəbər

Qırğızıstan Parlamenti hökumətə etimad etmədiyini elan etdi


Qırğızıstan Parlamenti hökumətə etimad etmədiyini elan etdi

19 Aprel 2018 10:38

Qırğızıstan Parlamenti hökumətə etimad etmədiyini elan etdi

Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər. Trend-in məlumatına görə, bu barədə ölkənin qanunverci orqanının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidməti qeyd edib ki, qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.

Yaxın vaxtlarda deputatların qərarı respublika prezidenti Sooronbay Jeenbekova göndəriləcək və o, qanunverciliyə uyğun olaraq Nazirlər Kabinetini istefaya göndərmə, yaxud deputatların qərarı ilə razılaşmamaq hüququna malikdir.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər