Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb - Ən Son Xəbər

Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb


Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

19 Aprel 2018 14:23

Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycan və Çin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Büronun mətbuat xidmətindən  verilən məlumata görə, sağlamlıq turizmi sahəsində ixtisaslaşan şirkətlər ilk dövrdə Azərbaycana Çindən 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə əsasən onlar vətəndaşlarını daha çox Naftalana cəlb edəcəklər. Tur-paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaqlar.

İl ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir. Əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni saziş isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.

Qeyd edək ki, 2017 ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10258 nəfər təşkil edib. 

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər