“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib


Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib.

19 Aprel 2018 15:46

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib.
 
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsini icra edən Mübariz Qurbanlı, Prezident Administrasiyası rəsmiləri, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, deputatlar və dini konfessiya rəhbərləri, din xadimləri iştirak ediblər.
 
M. Qurbanlı bildirib ki, konfransda milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlər müzakirə ediləcək. O, Azərbaycanda milli-mənəvi dəyərlərin dövlət səviyyəsində diqqətdə saxlanıldığını, ölkənin dünya miqyasında tolerantlıq nümunəsi olduğunu bildirib. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun geniş məruzəsi dinlənilib.
 
Çıxış edən Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, bu gün bir çox müsəlman ölkələrində problemlərin kökündə xarici təsirlər dayanır: “Hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və bu istiqamətdə ölkədə problemlərin yaradılmasına cəhdlər edilib. Zaman-zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub, dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə olunub, ancaq dövlətin, prezidentin həyata keçirdiyi uğurlu siyasət sayəsində buna nail ola bilməyiblər və bu gün biz dini sahədə irəliləyişlərə nail olmuşuq”.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Teymur Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsisədrinin müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Aynur Sofiyeva, Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Xatirə Hüseynova çıxış ediblər.
Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər