Gürcüstandan Azərbaycana baytarlıq dərman pereparatlarının gətirilməsinin qarşısı alınıb


Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda...

20 Aprel 2018 11:31

Gürcüstandan Azərbaycana baytarlıq dərman pereparatlarının gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi Mersedes Benz C-230 markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən  verilən xəbərə görə, gömrük baxışı zamanı avtomobilin salonundan, motorxana hissəsində hava filtrinin içərisindən və yük yerindəki çantalardan 5400 qram baytarlıq dərman pereparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər