Türkiyədə beynəlxalq elmi konfrans keçirilib (FOTO)


Türkiyədə beynəlxalq elmi konfrans keçirilib

30 Aprel 2018 19:32

Türkiyədə beynəlxalq elmi konfrans keçirilib (FOTO)

Bu il İstanbulda, "Fairmont Quasar Hotel"-də Amerika, Avstriya və İtaliyadan gələn 8 mütəxəssis elm adamının iştirakı ilə cənab Adnan Oktarın fəxri prezidenti olduğu Texniki və Elmi Tədqiqat Fondu, Milli Dəyərləri Qoruma Fondu və Milli Dəyərlər Fondunun birgə təşkil etdiyi "3-cü Beynəlxalq Həyatın və Kainatın Mənşəyi" konfransı keçirilib.

28 aprel, 2018-ci il, şənbə günü keçirilən konfransda çox dəyərli qonaqlar - elm adamları, akademiklər, konsullar, səfirlər, fond və dərnək rəhbərləri, Türkiyənin öndə gedən universitetlərinin nümayəndələri, siyasi tədqiqat institutları, sənətkarlar, idmançılar, iş dünyasının məşhur idarəçiləri, jurnalistlər və yazıçılar da daxil olmaqla, 600 nəfər iştirak edib.

Konfrans cənab Bülent Özverenin təqdimatında İstiqlal marşı və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Cənab Altuğ Berkerin açılış nitqindən sonra konfransı təşkil edən Texniki və Elmi Tədqiqat Fondu, Milli Dəyərləri Qoruma Fondu və Milli Dəyərlər Fondunun fəxri prezidenti cənab Adnan Oktarın elmi və mədəni fəaliyyətləri, 300-dən çox kitabı, 73 dilə tərcümə olunan əsərləri əsasında təşkil olunan 5000-dən çox konfrans, sənədli film, xarici ölkələrdə 250-dən çox mətbuat orqanında nəşr edilən məqalələri və canlı verilişləri haqqında qısa təqdimat filmi göstərilib.

İki hissəli konfransda:

- Dünya miqyasında fəaliyyətləri ilə tanınan 8 xarici elm adamı təkamül nəzəriyyəsinin əsassızlığını elmi dəlillərlə izah edib.

-Dünya tarixi boyu yaradılmış bütün canlıların heç bir təkamül keçirmədikləri və yaradıldıqları andan etibarən heç bir dəyişikliyə məruz qalmadıqları yaşayan fosillər sərgisi vasitəsilə göstərilib.

- "Həyatın mənşəyi" filmi ilə Allahın göylərdə və yerdə müşahidə etdiyimiz yaradılış dəlilləri haqqında əsaslı məlumat verilib.

Elmin fərqli sahələrini əhatə edən konfransda incəsənətin müxtəlif sahələrini təmsil edən rəqs və musiqilər nümayiş etdirilib. Zərb musiqi alətlərinin performansı və İstanbul Dans Factory-nin rəqs ifasının yer aldığı konfransda nahar yeməyində bir araya gələn iştirakçılar və elm dünyasının qabaqcıl nümayəndələri mədəni və elmi mövzularda müzakirələr aparıblar.

Görüntünün olası içeriği: 14 kişi, Cengiz Bayraktar dahil, ayakta duran insanlar, kalabalık ve düğünGörüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar, kalabalık ve düğünGörüntünün olası içeriği: 4 kişi, oturan insanlarGörüntünün olası içeriği: 1 kişi, ayakta ve sahnedeGörüntünün olası içeriği: 1 kişi, oturuyor ve iç mekanGörüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar ve iç mekanGörüntünün olası içeriği: 6 kişi, gülümseyen insanlar, takım elbise ve iç mekanGörüntünün olası içeriği: 6 kişi, oturan insanlar, masa ve iç mekanGörüntünün olası içeriği: 3 kişi, kalabalık ve iç mekanGörüntünün olası içeriği: 14 kişi, gülümseyen insanlar, iç mekanGörüntünün olası içeriği: 3 kişiGörüntünün olası içeriği: 8 kişi, oturan insanlar ve düğünGörüntünün olası içeriği: 5 kişi, oturan insanlar, masa ve iç mekanGörüntünün olası içeriği: 11 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve takım elbise

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər