Milli Kitabxanada “Xalq Yazıçısı Elçin” adlı kitab sərgisi açılıb


Xalq Yazıçısı Elçinin anadan olmasının 75 illiyi münasibətilə “Xalq Yazıçısı Elçin” adlı geniş tərtibatda sərgi açılıb.

13 May 2018 18:35

Milli Kitabxanada “Xalq Yazıçısı Elçin” adlı kitab sərgisi açılıb
Mayın 13-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq Yazıçısı Elçinin anadan olmasının 75 illiyi münasibətilə “Xalq Yazıçısı Elçin” adlı geniş tərtibatda sərgi açılıb. Ensonxeber.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, Milli Kitabxanadan bildirilib ki, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, rəy verdiyi, layihə rəhbəri olduğu, tərcümələri və haqqında olan kitablar, dövri mətbuat materialları yer alıb. Sərgi bir həftə davam edəcək.


 

Xəbər lenti

Bütün xəbərlər