Qusar etüdləri Bakıda sərgilənəcək


Xətai Sənət Mərkəzində “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiriləcək.

13 May 2018 18:40

Qusar etüdləri Bakıda sərgilənəcək
Mayın 17-də Xətai Sənət Mərkəzində “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı keçiriləcək. Ensonxeber.az-ın məlumatına görə, Mərkəzdən bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. Sərgi, doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu və düşüncələri ilə tabloya köçürən rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, onların təbiətə çıxışını təmin etmək, etüdə olan marağı stimullaşdırmaq məqsədi daşıyır. Sərgidə 36 rəssamın plener zamanı ərsəyə gətirdikləri 80-dək sənət əsəri nümayiş olunacaq. (Azertag.az)


 

Xəbər lenti

Bütün xəbərlər