DİM qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət etdi - Ən Son Xəbər

DİM qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət etdi


DİM qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət etdi

14 May 2018 10:42

DİM qəbul imtahanları ilə bağlı abituriyentlərə müraciət etdi

Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün  http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər