Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayıb - Ən Son Xəbər

Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayıb


Dövlət Gömrük Komitəsi gömrük qanunvericilikdə dəyişikliklərlə bağlı təklif paketi hazırlayıb.

14 May 2018 19:12

Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyində dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayıb
Dövlət Gömrük Komitəsi gömrük qanunvericilikdə dəyişikliklərlə bağlı təklif paketi hazırlayıb. Ensonxeber.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, təkliflər paketində gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunulub. Bunlardan biri ölkəni avtomobillə tərk edən vətəndaşların iki ildən gec olmayaraq geri qayıtması ilə əlaqədar qoyulan qaydadır ki, təkliflər paketində bu qaydanın ləğvi ilə bağlı müraciət var. Daha sonra idxal-ixrac əməliyyatları, ticarətin sadələşdirilməsi, gömrük sərhədindən sürətli keçidin təmini ilə bağlı da təkliflər hazırlamışıq. Hazırda bu təkliflər üzərində çalışırıq və tezliklə Nazirlər Kabinetinə göndəriləcək.


 

Xəbər lenti

Bütün xəbərlər