Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir - Ən Son Xəbər

Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir


Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir

15 May 2018 23:55

Xəzər Dəniz Gəmiçiliyi 160 illiyi ərəfəsində rəsm müsabiqəsi keçirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün “Gəmiçilik – 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika) müsabiqəsi elan edir.

Qurumdan verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Xəzər dənizçilərinin çətin və spesifik əməyi ilə geniş auditoriyanı yaxından tanış etmək, Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək və qiymətli ekosistem kimi qorunmasının vacibliyini ön plana çəkmək, rəssamları dənizçilərin fədakar əməyi ilə dərindən tanış olmağa stimullaşdırmaq, gənc və istedadlı rəssamları dəstəkləmək və onların işi ilə geniş auditoriyanı yaxından tanış etdirməkdir.

Müsabiqəyə 17-35 yaş arasında olan şəxslər müraciət edə bilərlər. Təqim olunan rəsm əsəri böyük hissədə minimum 50 santimetrdən az olmamalıdır. Müsabiqə üçün işlər 20 may 2018-ci ildən 20 avqust tarixinədək təqdim olunmalıdır. Müsabiqə üçün əsərlərin elektron variantda fotoşəkli mütləqdir. Bundan başqa, əsərlərin fotoşəkillərini çəkərkən paspartu və çərçivədən istifadə edilməlidir. (trend.az)


 

Xəbər lenti

Bütün xəbərlər