Havay adalarında vulkan səbəbindən "qırmızı" həyəcan səviyyəsi elan edilib


Havay adalarında vulkan səbəbindən "qırmızı" həyəcan səviyyəsi elan edilib

16 May 2018 08:40

Havay adalarında vulkan səbəbindən "qırmızı" həyəcan səviyyəsi elan edilib

Havay adalarında vulkan səbəbindən "qırmızı" həyəcan səviyyəsi elan edilib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, vulkan külünün buludu 3700 metr havaya qalxır: "İstənilən vaxt vulkanın fəallığı daha təhlükəli ola bilər, çatlar yaranması və külün qalxması intensivliyi artır".

 

Qeyd edək ki, Havay adalarında yerləşən Kilauea vulkanı ötən həftə aktivləşib. Bir neçə gün əvvəl vulkanın püskürməsi nəticəsində onlarla tikili dağılıb, 1700 nəfər təxliyə olunub.

Havay rəhbərliyi əhalini hər an təxliyəyə hazır olmağa tapşırıb.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər