Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib


Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

25 May 2018 20:43

Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Milli bayramınız – Müstəqillik Günü və Gürcüstan dövlətçiliyinin bərpasının 100 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

1918-ci ilin mayında Azərbaycan və Gürcüstanın dövlətçilik tarixində mühüm hadisə baş vermiş, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız öz müstəqilliyini bəyan etmişlər.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, müstəqilliyimizin hazırkı mərhələsində ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İnanıram ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz enerji, nəqliyyat layihələri, hərtərəfli və dinamik inkişaf edən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə mühüm töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər