Rusiyadan BƏYANAT: Böyük Britaniya bizdən üzr istəməlidir


Rusiyadan BƏYANAT: Böyük Britaniya bizdən üzr istəməlidir

25 May 2018 20:46

Rusiyadan BƏYANAT: Böyük Britaniya bizdən üzr istəməlidir

Böyük Britaniya Rusiyadan "Solsberidəki insidentlə bağlı" üzr istəməlidir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Londondakı səfirliyinin mətbuat katibi bəyan edib.

O deyib: "Rəsmi bəyanatlar və KİV-lərdən artıq hamıya məlumdur ki, "А-234" zəhərləyici maddəsi onlarla qərb ölkəsi tərəfindən də istehsal olunub. Zaman göstərdi ki, Böyük Britaniyanın ittihamları əsassızdır, bunlara inanmaq olmaz".

 

Diplomat həmçinin əlavə edib ki, Sergey Skripal və onun qızının təcrid edilməsi də artıq dayandırılmalıdır.

Qeyd edək ki, Böyük Britaniya və Rusiya münasibətləri martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsindən sonra kəskin pisləşib. Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər