Cüdo üzrə Azərbaycan birinciliyinin ilk günündə 9 nəfər medal qazanıb (FOTO)


Cüdo üzrə Azərbaycan birinciliyinin ilk günündə 9 nəfər medal qazanıb (FOTO)

13 İyun 2018 11:32

Cüdo üzrə Azərbaycan birinciliyinin ilk günündə 9 nəfər medal qazanıb (FOTO)

Cüdo üzrə Azərbaycan birinciliyinin ilk günündə 9 nəfər medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyində ilk günün qalibləri məlum olub.

 

Oğlanların mübarizəsində Rəşad Yelkiyev (60 kq) və İlkin Babazadə (66 kq) qızıl medal qazanıb. Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səkinə Zairova (57 kq), Günel Bəkirzadə (63 kq), Aidə Baxışova (70 kq), Mehriban İmanzadə (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, 2 gün davam edəcək ölkə birinciliyinin ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız tatami üzərinə çıxıb.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər