DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək


Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtar bildirib.

13 İyun 2018 12:13

DGK: Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək

“Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək”.

Bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtar bildirib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: “Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”.

S. Muxtar qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər