Bu il Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 5% artıb


özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

18 İyun 2018 12:36

Bu il Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 5% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6% artaraq 511,2 mln. manat olub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4,3% artaraq 204,6 mln. manat olub.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər