Səbirli olmaq


Allahın Quranda tərif etdiyi gözəl əxlaqın bəzi cəhətlərinə uyğun yaşayan insanlar hər bir cəmiyyətdə var.

19 İyun 2018 20:00

Səbirli olmaq

Allahın Quranda tərif etdiyi gözəl əxlaqın bəzi cəhətlərinə uyğun yaşayan insanlar hər bir cəmiyyətdə var. Bu insanlar yeri gələndə fədakar, mülayim xasiyyətli, mərhəmətli, ədalətli, yardımsevər insanlara xas davranış göstərə bilirlər. Ancaq haqqında bəhs edilən adamlar gözəl əxlaqlı olduqlarını nə qədər iddia etsələr də, bu əxlaqda səbir göstərə bilmədikləri anlar mütləq olur. Məsələn, səhər-səhər  imtahana çatması vacib olan bir insan saatı xarab olduğu üçün yatıb yuxuya qala bilər. Sonra da oyanıb böyük bir təlaşla məktəbə çatmağa tələsərkən çox uzun bir yol tıxacına düşə bilər. Məktəbə gecikdiyini xəbər vermək üçün telefonla zəng etmək istəyərkən telefon xəttinə düşməyə bilər. Bu zaman yanındakı bir insan ondan bir söz soruşanda o adama sərt şəkildə, səsinin tonunu yüksəldərək cavab verə bilər. Hətta heç cavab vermədən tərs bir baxışla baxa bilər. Bəhs edilən bu adam özünün hər zaman yardımsevər və anlayışlı bir insan olduğunu iddia etdiyi halda, belə bir vəziyyətdə artıq "səbrinin tükəndiyini" söyləyərək bunun əksi olan anlayışsız bir davranış göstərə bilər.

Mömin insan isə hansı şəraitdə olursa-olsun həmişə və hər şəraitdə Quran əxlaqına uyğun yaşamağa cəhd göstərir. Qarşısına çıxan insanların səhv, xoş olmayan sözlərinə və ya davranışlarına da gözəl bir səbrlə cavab verir Məsələn, yolda gedərkən biri avtobusa minmək üçün onu kənara itələyə bilər. Bir dostu əsəbiləşərək ona pis sözlər söyləyə bilər. Və ya yolda gedərkən yanından keçən maşının sürücüsünün diqqətsizliyi nəticəsində hər yeri başdan-ayağa palçığa bulaşa bilər. Bu misalları əlbəttə ki, çoxaltmaq da mümkündür. Ancaq Quran əxlaqını mənimsəyən bir insan bütün bu hadisələrin onun qədərində (taleyində) bu şəkildə yaradıldığını anlayaraq gözəl bir şəkildə səbir edir və əsla hirsli, tərs bir davranış göstərmir. Əlbəttə, bir yandan da bu tip hadisələrlə təkrar qarşılaşmamaq üçün hər cür tədbir görür və əlindən gələn bütün gücündən istifadə edərək sıxıntı yaradan məsələləri aradan qaldırmağa çalışır. Quran əxlaqına görə, insanın özünə zərər verən bir hadisədə də qarşı tərəfə səbir göstərməli, pisliklərə yaxşılıqla cavab verməlidir. Allah Quranda möminlərin göstərdikləri səbir sayəsində pislikləri ən gözəl şəkildə uzaqlaşdırdıqlarına belə diqqət çəkir:

"Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu yalnız səbr edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur!" ("Fussilət" surəsi, 34-35).


 

Xəbər lenti

Bütün xəbərlər