Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu


Bu gün dünya çempionatında ilk tura yekun vurulub.

20 İyun 2018 00:44

Rusiyadan ardıcıl ikinci qələbə, Kolumbiya və Polşa uduzdu

Bu gün dünya çempionatında ilk tura yekun vurulub.

 

Ensonxeber.az-ın qol.az-a istinadən məlumatına görə, H qrupunda  iki oyun keçirilib.

Qrupun ilk matçında Kolumbiya və Yaponiya milliləri üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da, sonda qələbəni asiyalılar bayram ediblər.

Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşıb. Levandovski-Mane mübarizəsi adlandırılan görüşdə Avropa təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.

A qrupunda isə 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub - 0:1.

Rusiya millisi Afrika təmsilçisi ilə görüşdə də qələbə qazanıb. İkinci hissənin əvvəlində meydan sahibləri 3 top fərqi ilə keçiblər. Misirin gücü yalnız mundialda debüt edən Salahın penalti qolu ilə fərqi azaltmağa çatıb.  

2 turdan sonra 6 xalı olan Rusiya millisi böyük ölçüdə 1/8 finala vəsiqə qazanıb. Bunun rəsmiləşməsi üçün sabah Uruqvay Səudiyyə Ərəbstanıya uduzmamalıdır.

19 iyun

DÇ-2018

A qrupu

2-ci tur

Rusiya - Misir - 3:1
Qollar: 
Fathi, 47-avtoqol (1:0), Çerışev, 59 (2:0), Dzyuba, 62 (3:0), Salah, 73 (3:1)
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).

20 iyun

19.00. Uruqvay - Səudiyyə Ərəbistanı  

 

 

1.

Rusiya

2

2

0

0

8:1

6

2.

Uruqvay

1

1

0

0

1:0

3

3.

Misir

2

0

0

2

1:4

0

4.

Səudiyyə Ərəbistanı

1

0

0

1

0:5

0

 



H qrupu

1-ci tur

Kolumbiya - Yaponiya - 1:2 
Qollar:
 Sindzi Kaqava, 4-pen. (0:1), Qintero, 39 (1:1), Yuya Osako, 73 (1:2)
Qırmızı vərəqə: Karlos Sançes, 3 (Kolumbiya)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).

Polşa - Seneqal - 1:2
Qollar: 
Sionek, 37-avtoqol (0:1), Nyanq, 60 (0:2), Krikoviak, 86 (1:2)
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).
 

1.

Yaponiya

1

1

0

0

2:1

3

2.

Seneqal

1

1

0

0

2:1

3

3.

Polşa

1

0

0

1

1:2

0

4.

Kolumbiya

1

0

0

1

1:2

0

 


 

Xəbər lenti

Bütün xəbərlər