Sabahın hava proqnozu


İyunun 24-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin yağmursuz olacağı gözlənilir.

23 İyun 2018 19:44

Sabahın hava proqnozu

İyunun 24-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə  20-23° isti, gündüz  30-35° isti, Bakıda  gecə  21-23° isti, gündüz  32-34° isti olacaq.

Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  Dəniz suyunun temperaturu  24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda  gecə  11-16° isti, gündüz  20-25° isti təşkil edəcək.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər