Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib - Ən Son Xəbər

Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib


Rusiya Ticarət Sənaye Palatasında keçirilən iclasda Rusiyanın iqtisadi inkişaf naziri. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Maksim Oreşkin,

17 İyul 2018 13:42

Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib

Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçirilib.

 Rusiya Ticarət Sənaye Palatasında keçirilən iclasda Rusiyanın iqtisadi inkişaf naziri. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Maksim Oreşkin, Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov, Rusiya Ticarət-Sənaye Palatasının sədri Sergey Katırin və Biznes Şurasının üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə Palatanın sədri S. Katırin açaraq Biznes Şurasının keçmiş sədri Pyotr Fradkovun fəaliyyətini yüksək qiymətləndirib. O, gündəliyə Şuraya yeni sədrin seçilməsinin, icraçı direktorun təsdiq edilməsinin, 2018-ci il üçün fəaliyyət planının qəbilunun daxil olduğunu söyləyib.

Rusiya-Azərbaycan Biznes Şurasının sədri vəzifəsinə "R-Farm" şirkəti Direktorlar Şurasının sədri Aleksey Repikin namizədliyi irəli sürülüb. 

A. Repik Rusiya-Azərbaycan Biznes Şurasının sədri seçilib

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər