Qurban Qurbanov: Futbolçular alqışalayiq idilər - Ən Son Xəbər

Qurban Qurbanov: Futbolçular alqışalayiq idilər


Qurban Qurbanov: Futbolçular alqışalayiq idilər

19 İyul 2018 11:32

Qurban Qurbanov: Futbolçular alqışalayiq idilər

Futbolçular alqışalayiq idilər. Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "Olimpiya"ya (Sloveniya) qarşı oyunu (0:0) şərh edərkən deyib.

Q.Qurbanov növbəti mərhələyə vəsiqə qazanmaları münasibətilə komandasının futbolçularını təbrik edib:

"Sona qədər mübarizə apardılar. Alqışalayiq idilər. Çox yaxşı komandaya qarşı oynayırdıq. Sonda qalibiyyət bizim oldu, mərhələni keçən biz olduq. Azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm".

Baş məşqçi bildirib ki, bundan sonra "Qarabağ"ı çətin oyunlar gözləyir: "Hər rəqibə qarşı ciddi hazırlaşacağıq və hər bir halda hazır olmalıyıq. Futbolçular oyun haqqında daha çox düşünməlidirlər. Hər rəqibə qarşı fərqli oyun üslubu ilə çıxırıq. Bu gün futbol bunu tələb edir. Qalib gəlmək istəyirsinizsə, rəqibin oyun üslubuna görə oynamalısınız".

Qeyd edək ki, Ağdam təmsilçisinin növbəti mərhələdə rəqibi Albaniyanın "Kukesi" klubu olacaq.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər