17 Yanvar 2017 Çərşənbə axşamı

Ali məqsəd


Ali məqsəd

2014-07-24 00:05

Ali məqsəd

Bizim xəbər anlayışımız  özündə jurnalistikanın ali məqsədini ehtiva edir. Cəmiyyəti informasiya ilə təmin etmək  bizim işimizdir. Lakin  əksər medyaların əsas tutduğu auditoruyanın tələbinə uyğun material prinsipi  bizim hədəflərimizdə deyil. Medyanın cəmiyyətin dünyagörüşünü formalaşdırmadakı  rolunu mənfi mənada istismar etmək cinayət olar.  Hər bir medya mənsubu  üzərindəki bu yüksək məəsuliyyəti dərk etməli və  insanların fikirlərini formalaşdırmağın, onların həyatlarını yönləndirməklə eyni şey olduğu gerçəyini unutmamalıdırlar. Hər söz, hər cümlə çox önəmlidir. Söz seçimi, cümlə seçimi, doğru şəkildə təqdim etmək və  hər informasiyanın auditoriya üzərindəki təsirlərini düşünmək borcumuzdur. Biz  informasiyalı, intellektual, savadlı, vicdanlı  fərdlərin  çox olduğu bir cəmiyyəti formalaşdırmaq üçün çalışırıq. Buna jurnalistika prinsipləri daxilində ali məqsəd deyə bilərik. Hər bir jurnalistimizin bu cür ali məqsədi olsa jurnalistikamızın cəmiyyətə müsbət təsirini daha geniş çərçivədə müşahidə edə bilərik.

Savalan Məmmədli


 

Xəbər lenti

Bütün xəbərlər