12 Dekabr 2017 Çərşənbə axşamı

Qədim tikili: Stounhenc


Stounhenc dairə şəklində yerləşdirilmiş, böyük daş bloklardan təşkil olunan bir tikilidir

2015-04-05 01:37

Qədim tikili: Stounhenc

Stounhenc dairə şəklində yerləşdirilmiş, böyük daş bloklardan təşkil olunan bir tikilidir. Təqribən 4.5 metr hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun bir yerə yığılmasından əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili tədqiqatçıların marağına səbəb olmuşdur. Quruluşu və inşaat məqsədi haqqında bir çox nəzəriyyələr irəli sürülmüşdür. Burada vurğulanmalı məsələ həmin nəzəriyyələrin hansının doğru olub-olmaması deyil. Vacib olan bu tikilinin təkamül nəzəriyyəsinin bəşər tarixini izah etmək üçün irəli sürdüyü iddiaları əsassız edən misallardan biri olmasıdır.

Aparılan tədqiqatlar Stounhencin üç inşaat mərhələsində meydana gəldiyini irəli sürürlər. Bir çox qaynağa əsasən, Stounhencin ən qədim dövrü e.ə. 2800 ilinə təsadüf edir. Yəni Stounhencin yaşı 5000 il bundan əvvələ qədər aid edilir. Tarixi qaynaqlar birinci inşaat ərəfəsində ərazidə nəhəng daşlardan kiçik bir dairənin inşa edildiyini və bu dairədən kənarda bir topuq daşı yerləşdirildiyini irəli sürür. Daha sonra nəhəng daşlardan daha bir dairə inşa edilmiş, bundan sonra da dairədə iç hissədə “mavi daş” adlı daş bloklar yerləşdirilmişdir.

Bu tikilinin ən diqqətçəkən tərəflərindən biri burada istifadə edilən mavi daşlardır. Belə ki, Stounhencin yaxınında hər hansı bir mavi daş qaynağı yoxdur. Aparılan araşdırmalar, bu daşların Prescelly dağlarından tikilinin olduğu yerə gətirildiyini irəli sürmüşdür. Burada isə yenə də qeyri-adi halla rastlaşırıq. Belə ki, adı çəkilən mavi daş mənbələri Stounhencdən təqribən 380 km (quru yolu ilə) aralıdadır. Əgər dövrün insanları təkamülçü hekayələrdə izah edildiyi kimi, ibtidai şərtlərdə yaşayan, əllərindəki tək material ağac linklər, ağac kötüyündən düzəldilmiş sallar və daş baltalar olan insanlar olsaydı, tonlarla ağırlığındakı bu daşlar Stounhencin olduğu əraziyə necə gətiriləcəkdi? Məhz bu, təkamülçülərin xəyal məhsulu ssenariləri ilə cavablandırılması mümkün olmayan bir sualdır.

Bir qrup tədqiqatçı həmin dövrün şərtlərini canlandıraraq mavi daşları Stounhencə qədər daşımağa çalışmışlar. Bunun üçün ağac linklərdən istifadə etmişlər, üç sandalı bir-birinə bağlayaraq böyüklüyü eyni olan daşların yerləşəcəyi sal meydana gətirmişlər, uzun taxtalardan (şüvül) istifadə edərək salı çay boyunca üzü yuxarı daşımağa çalışmışlar, daha sonra da qaba üsullarla hazırlanmış təkərlər üzərində daşları təpəyə doğru çıxarmaq üçün səy göstərmişlər. Lakin bütün bunlar nəticəsiz qaldı. Bu, mavi daşların Stounhencin olduğu yerə necə daşındığını anlaya bilmək üçün həyata keçirilən sınaqlardan sadəcə biridir. Daha bir çox sınaq keçirilmiş və dövrün insanlarının hansı nəqliyyat vasitələrindən istifadə etdiyini anlamağa çalışmışlar. Lakin təkamülçü ön mühakimələri baxımından aparılan bu araşdırmalar nəticə əldə etməkdən həmişə uzaq olublar. Çünki bütün bu sınaqlar Stounhencin inşa edildiyi dövrdə yaşayanların sadəcə daş və ağac kimi işlənməmiş materiallardan istifadə etdikləri və geridə qalmış sivilizasiyalarının mövcud olduğu yanlışlığı əsas götürülərək həyata keçirilir.

Burada bir məsələnin də üstündə durmaq lazımdır. Qeyd edilən sınaqlar aparılarkən gəmi tərsanələrində düzəldilən müxtəlif modellərdən yararlanır, təkmilləşmiş fabriklərdə istehsal edilən burazlardan istifadə edilir, təfsilatlı şəkildə hesablamalar və planlaşdırılma aparılır. Yəni günümüzün texnologiyasının imkanlarından faydalanmışlar. Buna baxmayaraq, nəticə əldə edilə bilmir. Bundan təxminən 5000 il əvvəl yaşayan insanlar isə tonlarla ağırlığındakı bu daşları daşımış, coğrafi mövqelərini hesablayaraq bir dairə şəklində düzmüşlər. Bütün bunları daş baltalar, kötükdən düzəldilmiş sallar, ağacdan inşa edilmiş linklər vasitəsi ilə etmədikləri açıq aydın bilinir. Stounhencə və digər bir çox meqalit, bəlkə də, bizim belə təxmin edə bilməyəcəyimiz bir texnologiyadan istifadə edərək inşa edilmişdir.


 

Xəbər lenti

Bütün xəbərlər