Lasko (lascaux) mağaralarında 16.500 illik astronomiya xəritələri


Arxeoloji tapıntıların göstərdiyi həqiqət insanın var olduğu gündən etibarən mədəni anlayışa sahib olmasıdır

2015-04-08 17:33

Lasko (lascaux) mağaralarında 16.500 illik astronomiya xəritələri

Münhen Universitetindən tədqiqatçı dr. Mixael Rappenqlük  (Micheal Rappenglueck) Lasko mağaralarında apardığı tədqiqatlar nəticəsində bu mağaraların divarlarında olan rəsmlərin astronomik məna daşıya biləcəklərini müəyyən etmişdir. Mağaranın divarlarında olan fiqurlar fotoqrammetriyadan istifadə edilib kompyuter vasitəsilə bir daha təkmilləşdirilmiş və əmələ gələn həndəsi çertyoj dairələrin, bucaqların və düz xətlərin hər birinin bir məna kəsb etdiyini göstərmişdir. Kompyuter vasitəsilə həyata keçirilən hesablamalara ekliptik əyrilik, gecə-gündüz bərabərliyi ilə öz oxu ətrafında dönməsi, ulduzların nizamlı hərəkətləri, Ayın və Günəşin diametrinin və radiusunun ölçüləri, kainatdakı bütün sınma və sıxılmalarla əlaqədar bütün mənalar əlavə edilmişdir. Aparılan tədqiqatlar nəticəsində bu çertyojların bəzi ulduz topalarına və Ayın müəyyən hərəkətlərinə işarə etdiyi aydın olmuşdur. BBC kanalı elm və texnika bölümünə aid mövzu ilə əlaqədar aşağıdakı məlumatları vermişdir:

Mərkəzi Fransada tapılan Lasko mağaralarındakı məşhur divar rəsmlərində tarixdən əvvəlki dövrə aid (gecə vaxtı) göyün xəritəsi kəşf edildi. 16.500 illik tarixə sahib olduğu təxmin edilən xəritə bugünkü günümüzdə yay üçbucağı (summer triangle) olaraq tanınan üç parlaq ulduzu göstərir. Laskodakı cizgilər arasında, ayrıca olaraq, Pleyada ulduz kəhkəşanının da xəritəsi tapıldı... 1940-cı illərdə kəşf edilən divarlar atalarımızın sənət qabiliyyətlərini göstərirdi. Lakin bu gün artıq sözü gedən rəsmlərin atalarımızın elmi biliklərinin səviyyəsini də göstərdiyi aydın olmuşdur. (Dr. David Whitehouse, “Ice Age Star Map Discovered”, BBC News, 9 avqust 2000)

Darvinistlərin iddialarına görə, bu rəsmləri çəkənlər guya ağacdan təzəlikcə enən, zehinləri təkmilləşməkdə olan varlıqlardır. Lakin həm bu rəsmlərin sənətkarlıq baxımından dəyəri, həm də son tədqiqatların göstərdiyi nəticələr təkamülçülərin bu iddialarını əsassız edir. Sözü gedən rəsmləri çəkənlər həm üstün estetika anlayışına, həm mütərəqqi sənətkarlıq texnikasına, həm də tədqiqatların göstərdiyinə görə elmi məlumata sahib olan insanlardır.  

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər