23 Oktyabr 2017 Bazar ertəsi

Qədim Mayya şəhəri - Tikal


Tikal şəhərində aparılan arxeoloji qazıntılarda indiyə qədər evlər, saraylar, ehramlar, məbədlər, yığıncaq yerləri aşkar edilmişdir

2015-04-15 03:12

Qədim Mayya şəhəri - Tikal

Tikal ən qədim Mayya şəhərlərindən biridir. E.ə. 8-ci əsrdə qurulmuşdur. Qalın bir meşəlik ərazidə qurulmuş Tikal şəhərində aparılan arxeoloji qazıntılarda indiyə qədər evlər, saraylar, ehramlar, məbədlər, yığıncaq yerləri aşkar edilmişdir. Bütün bu yerlərin bir-birləri ilə yollar vasitəsi ilə əlaqəli olduğu müşahidə edilmişdir. Hətta təyyarədən çəkilmiş bəzi radar şəkillərində tam bir kanalizasiya sisteminin, təxminən şəhərin hər yerini əhatə edən bir də sulama sistemi olduğu aydın olmuşdur. Nə dəniz, nə də çay kənarında yerləşən Tikalda sulamanın həyata keçirilə bilməsi üçün təxminən on su anbarından istifadə edildiyi aşkarlanmışdır.

Tikaldan meşəyə doğru uzanan beş əsas küçə var. Bunlar arxeoloqlar tərəfindən mərasim yolları və yaxud seramoni küçələri olaraq adlandırılır. Havadan çəkilmiş foto şəkillər isə Mayya şəhərlərinin geniş bir yol şəbəkəsi ilə bir-birilərinə bağlı olduqlarını göstərir. Təxminən 300 km uzunluğundakı bu yollar xırdalıqlarına qədər mühəndislik işlərinin aparıldığını nümayiş etdirən xüsusiyyətə malikdir. Bütün yollar qırılmış qayalardan salınmış və üzəri açıq rəngdə davamlı bir təbəqə ilə örtülmüşdür. Xətkeşlə çəkilmiş kimi düz bir xətt üzrə salınan bu yolların necə inşa edilmiş olduğu, yollar inşa edilərkən mayyaların istiqaməti necə müəyyən etmiş olmaları, hansı vasitə və materiallardan yararlanmış olduqları cavablandırılması zəruri olan məsələdir. Təkamülçü anlayışa görə, bu suallara ağıllı və məntiqli cavablar verilməsi mümkün deyil. Çünki söhbət mühəndislik xariqəsindən və kilometrlərlə uzunluqdakı yollardan gedir. Kifayət qədər açıqdır ki, bu yollar incə hesabların, ölçmələrin, istiqamətin təyin edilməsinin və lazımi vasitə və materiallardan istifadəsinin əsəridir.

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər