23 May 2017 Çərşənbə axşamı

“BAKI-2015” Birinci Avropa Oyunlarının bağlanış mərasimi olub


Bağlanış mərasimində təşkil olunmuş şouya 1600-dən çox könüllü cəlb edilib.

2015-06-29 15:32

“BAKI-2015” Birinci Avropa Oyunlarının bağlanış mərasimi olub

İyunun 28-də Bakıda “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli bağlanış mərasimi olub.

Ən Son Xəbər-in məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bağlanış mərasimində təşkil olunmuş şouya 1600-dən çox könüllü cəlb edilib. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.

Mehriban Əliyeva mərasimdə çıxış edib. Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib.

Çıxışlardan sonra bağlanış mərasiminə həsr olunmuş şou nümayiş etdirilib. Şounun sonunda atəşfəşanlıq olub.

(mehriban-aliyeva.org)


 

Xəbər lenti

Bütün xəbərlər