28 Mart 2017 Çərşənbə axşamı

Alexandro Blanko: "Azərbaycan gələcəkdə daha böyük idman tədbirlərini keçirmək iqtidarında olduğunu sübut etdi"


İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko bu ölkənin mətbuatına “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı müsahibə verib

2015-07-02 20:18

Alexandro Blanko: "Azərbaycan gələcəkdə daha böyük idman tədbirlərini keçirmək iqtidarında olduğunu sübut etdi"

Ensonxeber.az-ın məlumatına görə, İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko bu ölkənin mətbuatına “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı müsahibə verib. O, ilk Avropa Oyunlarının Bakıdakı ideal premyerasından sonra bu idman yarışının növbəti illərdə dünyanın ən vacib qitə turnirinə çevriləcəyinə əminliyini ifadə edib. A.Blanko deyib ki, Bakıdakı yarışlar qüsursuz təşkil olunmuşdu, idman qurğuları yüksək səviyyədə idi. Buna görə də ikinci Avropa Oyunlarını keçirəcək ölkə xeyli çətinlik çəkəcək. Bakıda olan yüksək təşkilatçılıqdan daha üstün nə isə etmək qeyri-mümkün görünür, lakin səviyyəni saxlamaq vacibdir.

İspaniya Olimpiya Komitəsinin prezidenti ölkəsini təmsil edən idmançıların ilk Avropa Oyunlarında 30 medal qazanmasını da böyük uğur hesab edir.

Azərbaycanın 2024-cü ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək imkanları ilə bağlı suala cavabında A.Blanko deyib ki, əslində birinci Avropa Oyunlarını təşkil etməklə Azərbaycan gələcəkdə daha böyük idman tədbirlərini keçirmək iqtidarında olduğunu sübut etdi. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər