28 Mart 2017 Çərşənbə axşamı

BEGOC Avropa Oyunları zamanı ekoloqların xidmətlərini yüksək qiymətləndirib (FOTO)


"Bakı-2015" Əməliyyat Komitəsi Avropa Oyunları zamanı göstərdiyi xidmətə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edib

2015-07-04 14:29

BEGOC Avropa Oyunları zamanı ekoloqların xidmətlərini yüksək qiymətləndirib (FOTO)

"Bakı-2015" Əməliyyat Komitəsi Avropa Oyunları zamanı göstərdiyi xidmətə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, "Bakı-2015" Əməliyyat Komitəsinin Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn Avropa Oyunlarından əvvəl və Oyunların keçirildiyi müddətdə göstərdiyi meteoroloji və ekoloji müşahidələr, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova təşəkkür məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənab nazir, Bakı-2015 Avropa Oyunlarından əvvəl və Oyunların keçirildiyi müddətdə nazirliyinizin müvafiq qurumları tərəfindən göstərilmiş meteoroloji və ekoloji müşahidələrə, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə sizə öz təşəkkürümüzü bildirmək istəyirik.

"Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Atlet Xidmətləri və İdman Əməliyyatları Departamenti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oyunlara cavabdeh qurumları arasında hələ 2014-cü ilin noyabr ayından sıx əlaqələr yaradılmışdır. Məmnuniyyətlə bildiririk ki, yüksək professionallardan ibarət komandanızla ilk görüşdən qarşılıqlı inam və anlaşma əlaqələri yaranmışdır.

Oyunlar vaxtı Milli Hidrometeorologiya Departamenti əməkdaşlarının meteoroloji avadanlıqların quraşdırıldığı idman obyektlərində növbətçiliyi qrafikə uyğun təmin olunaraq meteoroloji məlumatlar və proqnozlar vaxtında BEGOC-un mərkəzi qərargahına ötürülmüşdür. Hava proqnozlarının yüksək keyfiyyətini əlavə qeyd edirik.

İlk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasında nazirliyinizin üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinizə və göstərdiyiniz dəstəyə görə Sizə və müəyyən etdiyiniz komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk”. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər