17 Avqust 2017 Cümə axşamı

Portuqaliya mediasında I Avropa Oyunları hələ də gündəmdədir


Portuqaliya mediası iyunun 12-dən 28-dək Bakıda keçirilən I Avropa Oyunları barədə xəbər yaymağa davam edir

2015-07-08 12:24

Portuqaliya mediasında I Avropa Oyunları hələ də gündəmdədir

Ensonxeber.az-ın məlumatına görə, Portuqaliya mediası iyunun 12-dən 28-dək Bakıda keçirilən I Avropa Oyunları barədə xəbər yaymağa davam edir.

Bu ölkənin kütləvi informasiya vasitələri birinci Avropa Oyunlarının bağlanış mərasimini 68 min nəfərlik stadionda 6 min atletin, 12 min könüllünün iştirak etdiyi möhtəşəm şou kimi xarakterizə edir. Könüllülərin sırasında 17 ölkə təmsilçilərinin olması da xüsusi qeyd olunur.

Portuqaliyalı jurnalistlər Bakının həmin gecəsinin atəşfəşanlıqla işıqlandırılmasını Azərbaycan xalqının və Avropa Oyunlarının bütün iştirakçılarının qəlbinin alovu kimi təsvir ediblər. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər