21 Sentyabr 2017 Cümə axşamı

İtaliyanın “Life marche” saytı: Bakı tarixdə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə qürurlanır


İtaliyanın “Life marche” saytında Azərbaycanın ilk Avropa Oyunlarına möhtəşəm ev sahibliyindən bəhs edən yazı yerləşdirilib

2015-07-12 18:17

İtaliyanın “Life marche” saytı: Bakı tarixdə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ilə qürurlanır

Ensonxeber.az-ın məlumatına görə, İtaliyanın “Life marche” saytında Azərbaycanın ilk Avropa Oyunlarına möhtəşəm ev sahibliyindən bəhs edən yazı yerləşdirilib.

Yazıda vurğulanır ki, hər bir ölkənin inkişaf səviyyəsini onun paytaxtının dinamik tərəqqisindən müşahidə etmək mümkündür. Belə şəhərlərdən biri də Bakıdır. Son zamanlar bu şəhər turistləri cəlb edən önəmli məkanlardan birinə çevrilib. Azərbaycanın iqtisadi inkişafı şəhərin hər bir nöqtəsində özünü göstərir.

Müəllif yazır: “Bakı gələcək deməkdir. Bu, öz qədim tarixinin özəlliklərini dəyişdirmədən, xalqın rifahını yüksəldərək və ölkənin böyük iqtisadi qüdrətini əks etdirərək qeyri-adi nəhəng bir meqapolisə çevrilən bir şəhərin gələcəyidir. Çox adam Bakını Dubaya bənzədir. Lakin mən deyərdim ki, Bakı müasir xüsusiyyətləri ilə yanaşı, özündə qədimliyin izlərini daşımaqla daha fərqli təəssürat yaradır”.

Məqalədə qeyd olunur ki, bu gün Bakı tarixdə ilk dəfə keçirilmiş Avropa Oyunlarına ev sahibliyi etməsi ilə qürurlanır. Bu yarışların Olimpiya Oyunlarından heç bir fərqi olmadı. Tədbiri möhtəşəm təşkil etməklə Azərbaycan bütün dünyanın diqqətini bir daha Qafqaza, Xəzərin sahilinə yönəltdi. Bu şəhər digər mötəbər tədbirlərə də ev sahibliyi edib və gələcəkdə də etməsi nəzərdə tutulub. Bakıda müasirliklə qədimlik arasındakı incə xətt ustalıqla müəyyən edilir. Bakı indi ən sehrli və möcüzəvi anlarını yaşayır. (azertag.com)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər