23 Oktyabr 2017 Bazar ertəsi

Sosial darvinizm və irqlərarası qarşıdurma - XIX əsr


Allah fərqli insan birliklərini "bir-birləri ilə tanış olmaları üçün" yaratdığını Quranda xəbər verir

2015-07-15 20:19

Sosial darvinizm və irqlərarası qarşıdurma - XIX əsr

Allah`ın yer üzündə fərqli irqlər, qəbilələr və millətlər yaratmasının hikmətlərindən biri onların arasında mədəni ticarətin və dolayısilə qlobal bir mədəni zənginliyin olmasıdır. Allah fərqli insan birliklərini "bir-birləri ilə tanış olmaları üçün" yaratdığını Quranda xəbər verir. (Hucurat surəsi, 13)

Sosial darvinizmin batil dünyagörüşünə görə isə insanlar tanış olmaq üçün deyil, zidd olmaq üçün vardır. Buna görə, insanlığın inkişafının ən əhəmiyyətli yolu irqlər və millətlər arasındakı qarşıdurmadır. Sosial darvinistlərin məntiq xarici uzaqgörənliyinə görə, irqlər arasındakı qarşıdurmada üstün gəlmək üçün yeni tapıntılar əldə ediləcək, nəticədə, daha mədəni və üstün olanlar qalib gələcək və beləcə, insanlıq inkişaf edəcək. İnsanların döyüşərək, cinayət işlədərək, qətliamlar törədərək, digərlərini əzərək və onlara zülm edərək inkişaf edəcəklərini qarşıya qoymaq vəhşiliyi müdafiə etməkdən başqa bir şey deyil. İnsanlar və ya cəmiyyətlər arasında zamanla müxtəlif anlaşılmazlıqlar və ya problemlər baş verə bilər. Ancaq bütün problemlər sülh yolu ilə rahatlıqla həll edilə bilər. Həllin şiddətə əl atmaqda olduğunu düşünmək problemin daha da çətinləşməsindən başqa bir işə yaramaz. Yaxud -əvvəl də ifadə etdiyimiz kimi- millətlərin öz mənfəətlərini və gələcəklərini qoruyan tədbirlər almaq istəməsi haqlı tələbdir. Ancaq digər millətlərin haqlarını heç sayaraq və ya öz mənfəətlərinin digərlərini yox etməkdə olduğuna inanaraq siyasət müəyyən edilməsi həm məntiqdən, həm də vicdandan kənardır.

Dövrümüzdəki təkamülçülərinin insancıl və irqçiliyə qarşı kimi tanıtmağa çalışdıqları Darvin də irqlərarası qarşıdurmanı müdafiə etmiş və bu qarşıdurmada üstün gələnlərin özünə görə mədəni olanlar olacağı yalanını ortaya atmışdır. Darvinin və digər təkamülçülərin bəhs etdikləri mədənilər isə, əlbəttə ki, ağ irqdir. Darvinin “İnsanın törəməsi” kitabındakı bəzi ifadələri belədir:

Mədəni millətlər barbarlarla qarşılaşdıqlarında öldürücü iqlimin yerli irqə kömək etdiyi yerlər xaricində mübarizə qısa sürəcək... Bir-birləri ilə rəqabətdə olan millətlərin müvəffəqiyyət əldə etməsindəki ən əhəmiyyətli amil mədəni səviyyələri kimi görünür. (Charles Darwin, The Decent of Man, s. 297)

Darvin kitabının başqa yerlərində olduğu kimi, bu ifadələrində də barbarlarla mədənilərin qarşıdurmasından danışır və üstünlüyün mədənilərə aid olduğunu iddia edir. Bu xəyali fərziyyələrinin səbəbiylə də demək olar ki, bir əsr boyu davam edən xaos və acılara zəmin hazırlamışdır.

Darvindən sonra da bir çox darvinist irqlərarası qarşıdurmanı sanki elmi bir həqiqət imiş kimi dilə gətirmişlər. Məsələn, 19-cu əsrin təkamülçü nəzəriyyəçilərindən və F.Qaltonun təqibçisi kimi qəbul edilən K.Pirsonun “Elmi baxımdan milli həyat” adlı kitabından götürülmüş aşağıdakı ifadələri 19-cu əsr darvinistlərinin irqlərarası qarşıdurmalara olan düşüncələrini və yeni imperializmin arxasındakı səbəbləri görmək baxımından əhəmiyyətlidir. Pirson digər sosial darvinistlər kimi irqlərarası qarşıdurmanın lazım olduğunu iddia edir və bir irq içindəki mübarizənin təkamül üçün kafi olmadığını zənn edir. Pirsonun heç bir elmi doğruluğu olmayan bu iddialarından bəziləri belədir:

Pis irq haqqında söylədiklərim mənə görə aşağı insan irqləri üçün etibarlıdır. Neçə əsr və neçə min ildir ki, zənci afrikalılar Afrikada ağ adam tərəfindən narahat edilmədən böyük torpaqlara sahib oldular? Buna baxmayaraq, aralarındakı qəbilə qarşıdurmaları aryan irqi ilə bir az da olsa, müqayisə edilə bilən mədəniyyət meydana gətirmədi. İstədiyiniz kimi onları öyrədib yetişdirin, irqi dəyişdirmə mövzusunda müvəffəqiyyətli olacağınıza inanmıram. Tarix mənə yüksək səviyyədə mədəniyyət meydana gətirmək üçün yalnız və yalnız tək bir yol göstərir, irqin irqlə mübarizəsi və fiziki və zehni olaraq uyğun olan irqin həyatda qalması... (Karl Pearson, National Life from the Standpoint of Science, Cambridge, Cambridge University Press, 1900, s. 11-16, 20-23, 36-37, 43-44)

Pirson və bənzərlərinin belə yanlış açıqlamaları imperialistlərə sözdə elmi dəstək vermişdir. Afrika qitəsini və Asiyanın əhəmiyyətli hissəsini işğal edən, Avstraliya yerlilərinə müxtəlif zülmlər edən bəzi Avropa dövlətləri işğallarının təbiətin qanunu və insanın inkişafının tək yolu olduğunu iddia etmişlər. (Bu iddianın elmi heç bir əsası olmadığı isə elm dünyasında yaşanan inkişaflarla birbaşa elm tərəfindən isbat edilmişdir.) Pirsona görə, tarix boyu şüursuz şəkildə aparılan müharibələr artıq şüurlu və əvvəldən planlı olaraq aparılmalıdır:

... İrqin irqə və millətin millətə qarşı bir mübarizəsi var. İlkin dövrlərdə bu mübarizə barbar qəbilələrin kor və şüursuz mübarizəsi idi. İndiki dövrdə mədəni ağ adamın durumunda daha şüurlu və milləti davamlı dəyişən ətrafa uyğun hala gətirəcək şəkildə diqqətlə yönləndirilmiş mübarizə mövcuddur. Millət mübarizənin necə və hara doğru yönləndirəcəyini əvvəldən görməlidir...

Sizdən millətə və digər millətlərə istər ordu, istər ticarət və istərsə də iqtisadi proseslərdən istifadə edib davamlı mübarizə içində olan mütəşəkkil bir bütün kimi baxmağınızı istəmişdim. Və sizdən hər cür mübarizəyə tamamilə pis bir şey kimi baxmamağınızı istəmişdim. Çünki mübarizə dünya tarixi boyu insanın irəliləyişinin qaynağı olmuşdur. (Karl Pearson, National Life from the Standpoint of Science, Cambridge, Cambridge University Press, 1900, s. 11-16, 20-23, 36-37, 43-44)

İrqlər və millətlər arasındakı qarşıdurmaların, müharibə və çəkişmələrin inkişafın yolu olduğuna inanan, öz irqinin və millətinin xaricindəki irq və millətləri aşağı görən bu azğın məntiq 19-cu əsrdə dünyanın dörd tərəfində böyük torpaqları hakimiyyəti altına aldı. Bəzi imperialist Avropa dövlətləri işğal etdikləri torpaqlardakı millətlərə qarşı son dərəcə amansız davrandılar. İşlərində bu millətləri insan olaraq görmədikləri, kiçik hesab etdikləri, aşağı və zəif gördükləri, özləri ilə eyni haqlara sahib olduqlarını qəbul etmədikləri açıq şəkildə görünürdü. 19-cu əsrdə inkişaf edən yeni imperializm sosial darvinizmin dünya səviyyəsində tətbiqi oldu.

Darvinizmin təlqinlərinin bu qədər dəstək görməsinin səbəblərindən biri də dövrün Avropa ölkələrində insanların din əxlaqından uzaqlaşmalarıdır. Din əxlaqı insanların sülh içində yaşamalarını tələb edir. Allah insanlara bir-birlərinə qarşı bağışlayıcı və mərhəmətli olmalarını əmr etmişdir. Yer üzündə nizamı pozmaq, müharibə və qarşıdurmaları qızışdırmaq isə Allah qatında böyük məsuliyyəti olan pisliklərdir. Allah Quranda yer üzündə təxribatı, insanlara zərər verilməsini sevmədiyini xəbər vermişdir:

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 205)

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər