14 Dekabr 2017 Cümə axşamı

Cənab Adnan Oktarın PKK problemi ilə bağlı qəti həll yolu təklifləri


Dərhal səfərbərlik elan edilməlidir. Qısa müddət ərzində əsgər sayının artırılması və əsgərlərin Cənub-şərqdə, şəhər içində də cəbhə boyu düzülməsi PKK-ya böyük zərbə olacaq.

2015-10-10 21:30

Cənab Adnan Oktarın PKK problemi ilə bağlı qəti həll yolu təklifləri

PKK-ya qarşı mübarizədə ən diqqət çəkən adlardan biri olan Adnan Oktar ''PKK bəlasına qarşı təcili  alınmalı tədbirlər'' başlıqlı əhəmiyyətli məqalə dərc etdi. Məqalədə ən diqqət çəkən məsələlərdən biri təcili səfərbərlik elanıdır, həmçinin, məqalədə Türkiyədəki təhsil sistemi haqqında da əhəmiyyətli açıqlamalara yer verilir.

PKK ilə müzakirə prosesi adlanan proses də PKK-nın əsla silahı tərk etməyəcəyini, daha da güclənərək və silahlanaraq hücumlarına yaxın zamanda yenidən başlayacağını, şəhərlərdə silah yığıb əsgərlərini yenilədiyinə və şəhər daxilində qurularaq sahə hakimiyyətini təmin etdiyini daima dilə gətirmişdik. Bu müddət ərzində bəzi xəbərdarlıqlarımızın nəzərə alınmaması indiki dövrdə ölkəmizin qarşılaşdığı dəhşətli vəziyyəti ortaya çıxarıb. Lakin, əlbəttə, heç bir şey üçün gec deyil və türk dövləti PKK terror təşkilatını susduracaq və onu yolundan döndərəcək olduqca böyük gücə malikdir. Lakin keçmişdəki rifah sistemini bərpa edə bilmək üçün PKK hücumlarının yenidən başladığı bu günlərdə  aşağıdakı tədbirlər təcili şəkildə alınmalı və tətbiq edilməlidir.

Dərhal səfərbərlik elan edilməlidir. Qısa müddət ərzində əsgər sayının artırılması və əsgərlərin Cənub-şərqdə, şəhər içində də cəbhə boyu düzülməsi PKK-ya böyük zərbə olacaq.Cənub-şərq bölgəsinə göndəriləcək əsgər sayı çox olmalıdır. Qan tökülməsi istəyəcəyimiz və ya dəstəkləyəcəyimiz bir şey deyil. Lakin düşmənə qarşı sərt və çəkindirici üslubda davranmaq Quranda fərz edilib. Belə ki, bölgədə hərbi qüvvənin olması düşmənin şövqünü və əzmini qıracaq, ona qorxu verəcək mühüm bir səbəbdir. Rəbbimiz bir ayədə belə bildirir:“Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Ənfal surəsi, 60)

Cənub-şərqdə təhlükəli ərazilərdəki asfaltlar dərhal sökülməli və əhatəli bomba araşdırması aparılmalıdır.Xüsusilə, Cizrə kimi təhlükəli ərazilərdə əsgər sayı on minlərə qədər artırılmalıdır.Ölkədə fövqəladə vəziyyət hakim olduğu üçün PKK-ya qarşı təcili yeni qanunlar çıxarılmalıdır.

*  Həll prosesi çərçivəsində dəyişdirilən qanunlara görə tutulan KCK-lıların sərbəst buraxılması əsas müzakirə mövzusuna çevrildi və bu vəziyyət ölkəmizin üzərindəki təhlükəni artırdı. Hal-hazırda təcili qanun dəyişikliyi edilməsi və KCK-PKK üzvlərinin, PKK-nı dəstəkləyən və ya onun təbliğatını aparan, hətta PKK bayrağını və ya emblemini daşıyan hər kəsin həbs olunması və ən az terror problemi davam etdiyi müddət ərzində həbsdə saxlanılması təmin olunmalıdır.

*   Əsgər və polis indi PKK-ya qarşı sadəcə müdafiə mövqeyindədir. Şübhəli gördüyü vəziyyətdə əsgər və polis PKK-lılara qarşı lazımlı tədbiri almaq azadlığına sahib olmalıdır. PKK özünə bu haqqı verirsə, əsgər də bu haqqa sahib olmalıdır. Bu mövzuda qanun dəyişikliyi edilməlidir.

*   Hüquq dəyişikliyi ilə xalqa özünü müdafiə haqqı verilməlidir. Xalq PKK təhdidi altında qaldıqda və 

əsgərə və ya polisə gedə bilmədiyi vəziyyətlərdə özünü müdafiə edə bilməli, buna görə məsul 

tutulmamalıdır. Xalqa belə haqq verilməsi PKK üçün də çəkindirici addım olacaq.

*   PKK bayraqları və Öcalan plakatlarının sərbəst hala gətirildiyi məlumdur. Bu mövzuda təcili tənzimləmələr edilməli və bunları daşımaq və istifadə etmək yenidən cinayətə aid edilməlidir.PKK-nın silah yığdığı anbarlar bir-bir ələ keçirilməli və TSK tərəfindən ödəniləcək şəkildə silahların istifadəsi dayandırılmalıdır. Bütün dünyanı Türkiyədəki vəziyyət haqqında düzgün şəkildə məlumatlandıran, dünya səviyyəsində yayılmış dezinformasiyanın qarşısını alan xəbər və məlumat şəbəkəsi təşkilatlanma yolu ilə qurulmalıdır. Baş nazirliyə bağlı olan İnformasiya Baş İdarəçiliyi və Anadolu Agentliyi kimi media orqanları bu mövzuda dərhal hərəkətə keçməli və hadisələr haqqında bütün məlumatları dərhal bütün dünya mətbuatına yayacaq şəkildə iş görməlidir. Məlumatlandırma yığıncaqları ilə dezinformasiyaya mane olmalıdırlar.

Türkiyə PKK mövzusunda İran və İraq Kürdistan Bölgə Rəhbərliyi ilə ittifaq müqaviləsi imzalayıb. Tarix boyu PKK Türkiyə-İran ittifaqından daima qorxmuşdur. Xüsusilə İran ilə reallaşdırılacaq bir sülh və qarşılıqlı əməkdaşlıq paktı bir ölkə hücum altında olanda digərinin müdaxiləsini mümkün edəcək və həmin ittifaq PKK üçün böyük bir zərbə olacaq.

ABŞ-ın bölgədə bir PKK formasiyası olan PYD-ya açıq dəstək olduğu və PKK-ya bu yolla sərhədimizdə bir sahə hakimiyyəti təmin etdiyi açıqdır. ABŞ dərin dövləti bu mövzuda tədbirsiz davranır və hədəf aldığı Böyük Kürdüstan üçün PKK-nın dövlət qurmasına Türkiyənin icazə verməsini gözləyir.Digər mərhələ Türkiyədən torpaq istəmək olacaq. Türkiyə öz torpaqlarının bütövlüyü mövzusunda ABŞ dərin dövlətinə itaət etməyəcəyini göstərməli, NATO nümayəndəsi olmağımızın torpaqlarımızdan əl çəkməyimiz demək olmayacağını qərarlı bir üslubla göstərməlidir. Suriya və İraq üzərində oynanılan oyunların Türkiyədə uğurlu olmayacağı sübut edilməlidir.

Cənub-şərqdə müəyyən bölgələrdə PKK-ya qarşı bir bacarıqsızlıq ab-havasının mövcud olmaması olduqca mühümdür. Həmin bölgələrdə uğursuz olan bütün şəxslərin yerinə bu məsələni lazımi şəkildə yerinə yetirə bilən başqa idarəçilər gətirilməlidir. Bu mövzuda vaxt itkisinə yol verilməsin.Qəndil dağında mağaraların olduğu sahə düz ovalığa çevrilməlidir. Bunun üçün bir ay əvvəl xəbərdarlıq başlamalı, bölgədə geniş və əhatəli bir partlatma işlərinin görüləcəyi əvvəlcədən bildirilməli və bölgə boşaldılmalıdır. 

Bu təmin edildikdən sonra terroristlərin yerləşdiyi və silah depoladığı mağaralar yerlə bir edilməli və həmin sahə düz ovalığa çevrilməlidir. Məlum olduğu kimi bu, bir çox səbəbdən bir çox dağda sınaqdan keçirilmiş və uğurlu olmuş bir sistemdir.

Türkiyənin ən böyük problemi ideoloji yöndən güclü, milli dəyərlərə sahib olan bir gəncliyin tam mənası ilə yetişdirilməməsidir. Əsgər və polislərimizin şəhid edildiyi bu günlərdə belə, bir qisim gənclər sadəcə evlənmək və ya məktəb bitirmək dərdindədir, öz gələcəkləri barədə planlar qurur, adətən terror fəlakətinin mahiyyətindən xəbərsiz yaşayırlar. PKK terroristlərinin isə heç vaxt hədəfləri məktəb bitirmək və ya evlənmək olmur, dağda, mağaralarda, çətin şərtlər altında sadəcə azğın ideologiyaları uğrunda mübarizə aparmağı seçirlər. Bu vəziyyətdə üstünlük PKK-nın üzərində olur. Buna mane olmaq üçün məktəblərdə TƏCİLİ gənclərimizə milli şüur dərsi verilməlidir. Bu 5-6 ay kimi qısa bir müddətdə məktəblərdə veriləcək bir təhsil ilə olduqca asan bir şəkildə təmin edilə bilər.

Əsl problem: Təhsil sistemi

 Çar rejimi Rusiyada hakim və güclü bir sistem ikən, Lenin və yanındakı bir neçə tərəfdarın müdafiə etdiyi marksist zehniyyət ciddi bir təhdid olaraq görünməmişdi. Lakin bu zehniyyət gözlənilməyən bir anda çar rejimini dağıdacaq, bütün Rusiyaya kommunizmi hakim edəcək və milyonlarla şəxsin ölümünə səbəb olacaq şəkildə gücləndi. Bunun ən böyük səbəbi Lenin və tərəfdarlarının azğın da olsa bir ideologiyaya sahib olmaları, Çar Rusiyasının isə sayca çox şəxs tərəfindən dəstəklənməsinə baxmayaraq, hərhansı bir ideologiyanın olmaması idi.Kommunist-anarxist PKK-nın da fəaliyyətlərinə kiçik bir jurnal çıxararaq başladıqlarını xatırlayaq. 

Stalinist ideologiya ilə ortaya çıxmış bu azğın təşkilat indi daha da qüvvətlənmiş, ABŞ-dan dəstək alan vəziyyətə gəlmişdir. Bunun tək səbəbi isə təşkilatın azğın da olsa, bir ideologiyaya sahib olması və bu ideologiya üçün vuruşmasıdır.Millətimizin izdihamlar şəklində türk bayraqları ilə terrora qarşı birlik nümayişləri keçirməsi gözəldir. 

Lakin Türkiyədə fəlsəfi və ideoloji mənada bir mübarizə şəkli olmadığı müddətcə, PKK kimi təşkilatlar bu izdihamlardan təsirlənməyəcəklər. Çünki marksizm onsuz da daima izdihama, əksəriyyətə meydan oxuyub. Belə ki, qarşılarındakı sayca çox olan cəmiyyət marksist terroristlərə mane olmaq üçün kifayət deyil. 

Terroristlərə mane olmaq, daha doğrusu zehinlərindəki yanlış inancı tamamilə yox etmək ancaq ideoloji bir çalışma ilə mümkündür. Marksizmin ideoloji mənşəyi tamam saxtakarlıq olan darvinizmdir. Darvinizmin isə elmi dəlillərlə çökdürülməsi çox asandır. Lakin çox təəssüf ki, ölkəmizin məktəblərində darvinizm adətən bir gerçəkmiş kimi öyrədilir və PKK-nın dağda aldığı təhsili öz uşaqlarımız məktəblərdə alır. PKK siə bu səbəbdən müdafi etdiyi azğın fəlsəfədən şübhə etmir, öz müdafiə etdiyi fəlsəfənin məktəblərdə demək olar ki, hər dərsdə elmi bir gerçəkmiş kimi öyrədildiyini görür. Bu dəhşətli vəziyyət PKK-nın ideologiyasını yox edəcək bir gənclik yetişdirmək bir yana qalsın, əksinə onlara dəstək olur. Verilən bu təhsil nəticəsində Türkiyədə universitetlərimizin böyük əksəriyyəti solçuluğa meyillidirlər.

Bu mövzuya diqqət verilməlidir. Türkiyənin başında bir bəla var. Bunun başlıca səbəbi dərslərdə “atamız mikrob” deyilməsi, canlıların yaradılışının təsadüflərlə olduğunun iddia edilməsidir. Yəni açıq şəkildə “Allah yoxdur” deyilir və Allaha meydan oxunulur. (Allahı tənzih edirik) Bu davam etdiyi müddətcə Allah ölkəmizin üzərindəki bu böyük bəlanı götürməyə bilər. Məktəblərdə təkamül bir liberal təhsil olaraq öyrədilməyə davam edə bilər, amma mütləq elmi dəlillər ilə buna cavab da verilməlidir.Tələbələr təkamülün bir cəfəngiyyat olduğunu, heç bir yönləndirmə olmadan sadəcə fosillərə və digər elmi dəlillərə baxaraq anlaya bilməlidirlər.Təkamülə elmi cavab vermək bacarığına sahib olmadığı üçün altdan-altdan təkamülə təslim olmuş və ya “təkamül qalmışdır ki?” deyərək bir kənara çəkilmiş şəxslər bu elmi mübarizəni həyata keçirə bilməzlər. 

Bunun üçün həmin elmi mübarizəni haqqı ilə aparacaq şəxslər fəaliyyətdə olmalıdlrar. Bunun üçün daima dəstəyimiz hazırdır.

Yenə bunun üçün məktəb tədrisində ediləcək dəyişiklik ilə birlikdə TRT-nın və dövlətin bütün nəşr orqanlarının da xüsusilə fəaliyyətə keçməsi və bu elmi çalışma üçün bütün imkanlarının səfərbər edilməsi gözlənilir. Gənclərimiz ancaq və ancaq marksist ideologiyaya elmi olaraq cavab verə bildikləri, milli və mənəvi dəyərləri güclü şəkildə yetişdirildikləri müddətcə PKK-nın ideologiyasına qarşı çıxa bilərlər. PKK da ancaq və ancaq ideologiyası məhv edildiyi təqdirdə sona çatacaq.

Unudulmamalıdır: Bir terroristin həyatı çətindir. O geniş imkanlarla, zənginliklə, gələcəyinə dair vədlərlə aldadılmamışdır. Onu terrorist edən tək səbəb ona verilən və inandığı azğın fəlsəfədir. PKK bu təhsil fəlsəfəsinə hər əlinə düşən fürsətdə təhsil düşərgələri və təbliğatlarla davam edir. Türk dövləti çox sürətli davranmalı və ideologiya ilə cavab verəcək bir sistem formalaşdırmalıdır. Əks təqdirdə PKK-nın sabit mənada yox edilməsi mümkün olmayacaq.

“Dağlar hərəkət edən qum yığını olacaq” ayəsi Qəndil dağı üçün də 

keçərlidir. 

Adnan Oktarın 18 avqust 2015-ci il tarixli A9 reportajından

Adnan Oktar: Mənə Qəndilin dağlarını göstər.

Bəli, bu cür dağlıq, amma hər yeri mağara deyil, hər yerində mağara yoxdur, bir hissəsi düz dağlar. Sıldırımlı qayaların olduğu sahə ayrı, yəni mağaraların olduğu bölgələr ayrıdır. Oraları bircə əməliyyatla dümdüz, buxar edəcəksən.

Dövlət, hökumət PKK problemini bu dəfə kökündən həll etsin. O boyda Silvana 700 nəfər nə deməkdir. Allah, Allah. Lazımdırsa 7000 nəfər, lazımdırsa 70 min nəfər göndər. Bax, “bilən bilir” deyir. “Cənab Adnan Oktar olacaq dedisə, demək ki, o Qəndil düzənlik olacaq” deyir. “Çünki infrastruktur üçün lazımi araşdırma aparılmış və işlər görülmüşdür” deyir. 

Bir daha göstər. Bir bildiyimiz olmasa, söyləmərik.

Böyük dağın yarısı gedir, dağ yeriməyə başlayır. “Didilmiş yun kimi” deyir ayədə, görürsənmi? “Rəngli yunlar kimi olacağını” deyir. Rəngarəng, sarı, qara, ağ, tam bir yun topası kimi, elə deyilmi? Qoyun yununa bənzəmirmi? Eynilə qoyun yunu, ayədə də eynisini söyləyir. Hamısında bir rəng ahəngi yaranır. 

Şeytandan Allaha sığınıram: “Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. “ (Qariə surəsi / 5) 

Şeytandan Allaha sığınıram: “Ve tekûnul cibâlu kel’ ıhnil menfûş.” “Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. (Qariə surəsi / 5) 

Bir də göstər.

Allah deyir ki, “Dağları hərəkətə keçirəcəyimiz gün.” Bax, dağlar yeriyir və “rəngli yunlar kimi dağılacaq” deyir. Baxın, görürsünüz. “Dağlar hərəkət edən  qum yığını olacaq” deyir. Bax, bu qum yığını, görürsünüzmü? Bax, qum yığını, amma eynilə qoyun yunu kimi, elə deyil? Ayədə açıqlandığı kimi, eynilə qoyun yunu, təbii ki rəngli, “rəngli yunlar kimi” deyir. Eynisi, baxan qoyun yunu zənn edər. 

“Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. “ (Qariə surəsi / 5) 

“O gün Biz dağları hərəkətə gətirəcəyik.” (Kəhf surəsi / 47)

“Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.” (Nəbə surəsi / 20) Yəni bir görüntü. 

“Dağlar isə didilmiş rəngli yun görkəmi alacaqdır. “ (Qariə surəsi / 5) Məhz o gün gəldi artıq, inşaAllah. Bir də qiyamətdə olacaq.

http://www.sonyorumhaber.com/haber/gundem/adnan-oktardan-pkkyi-bitirecek-acil-onlemler-/23260.html

Ensonxeber.az


 

Xəbər lenti

Bütün xəbərlər