Ayxan Abbasov: “Ümidvaram ki, yenidən döyüşkən heyət qurub, mübarizə aparacağıq”

 464 baxış sayı,  32 bugün baxılmış

2020/2021-ci illər mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” FK ilk olaraq baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

38 yaşlı mütəxəssis növbəti mövsümdə də bu komandanın sükanı arxasında olacaq.

“Ötən ilyarım ərzində qazandığımız nəticələr bizi sevindirir. Lakin bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq”, – deyə, Ayxan Abbasov klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, “Sumqayıt” FK 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir