Daha üç həkim koronavirusa yoluxdu

 593 baxış sayı,  29 bugün baxılmış

Azərbaycanda daha üç həkim koronavirusa yoluxub.

Ensonxeber.az-ın məlumatına görə, Bərdə Müalicə Diaqnostika Mərkəzinin həkimlərinin koronavirus testinin nəticəsi müsbət çıxıb.

Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Xəstəxananın baş həkimi İftixar Zeynalov ensonxeber.az-a açıqlamasında bildirib ki, hazırda Bərdədəki mərkəzin iki əməkdaşı burada müalicə alır:

“Bərdə Müalicə Diaqnostika Mərkəzindən üç nəfər buraya gətirilmişdi. Bir nəfər artıq evə buraxılıb. İki nəfərin isə vəziyyətli qənaətbəxşdir”.

Qeyd edək ki, Bərdə xəstəxanalarından ümumilikdə altı tibb işçisi COVID-19-a yoluxub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir