“Qarabağ”ın futbolçusu ötən mövsümün ən yaxşı futbolçusu seçildi

 405 baxış sayı,  28 bugün baxılmış

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermədə ümumilikdə 184 nəfər (176 futbolçu, səkkiz baş məşqçi) iştirak edib.

“Qəbələ”nin 26, “Neftçi”nin 25, “Sabah”ın 24, “Qarabağ”, “Keşlə”, “Sumqayıt” və “Səbail”in 22, “Zirə”nin 21 oyunçusu öz variantını açıqlayıb.

Səsverənlər ümumilikdə 46 futbolçu arasında seçim ediblər. Nəticədə, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb. Mərakeş əsilli fransalı oyunçu 42 səs toplayıb. Səsvermədə ikinci yeri 17 səslə “Qarabağ”ın digər yarımmüdafiəçisi Qara Qarayev tutub. Ondan beş səs geri qalan “Keşlə”nin paraqvaylı orta sahə oyunçusu Sezar Meza Kolli isə üçüncü yerə sahib çıxıb.

Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi səkkiz Premyer Liqa klubunun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda “Keşlə”yə məxsus Cavid İmamverdiyev 2017/2018, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir